www.komputerle.biz saytı xalqımızı informasiya texnologiyaları sahəsində maarifləndirməyə qulluq edir və bu yolda əlimdən gələni edəcəyəm.
İnternet məkanında saysız-hesabsız ziyanverici və faydasız saytların olması və həmişə insanlara kömək etmək istəyimin olması məni belə bir fikrə gətirdi ki, təmənnasız öyrədici və dəstək saytı yaradım. Qarşınızda olan sayt planlaşdırdığım layihələrdən biridir.
Bu saytda qurğular və proqramlara dair dərslər, maraqlı məqalələr, xəbərlər oxuya bilərsiniz, lazımlı yükləmələr edə bilərsiniz, hər məqalə üçün fikirlərinizi qeyd edə bilərsiniz, sual-cavab otağında suallarınızı verə bilərsiniz, mənim elektron jurnalıma abunə ola bilərsiniz və sair.
Sual-Cavab otağı kiçik problemlərin həlli üçündür. İnşallah vaxt tapıb tezliklə Forum bölməsini ərsəyə gətirə bilsəm, burada problemlərinizi, fikirlərinizi bölüşdürüb cavab tapa biləcəksiniz. Digər mövzularda olan məqalələri bloq bölməsində yerləşdirəcəyəm.
Bu layihədə yeni variantda hazırladığım dərsləri sizə təqdim edirəm. Ümidvaram ki, xoşunuza gələcək və ən əsası faydası olacaq. Real həyatda olan işlərim hələlik mənə mane olur ki, tez-tez məqalə yerləşdirim, amma zaman keçdikcə bu sayt çoxlarının istifadə etdiyi və sevdiyi bir sayt olacaq. İnşallah!
/Adil Rəcəbov/
www.komputerle.biz saytının adını qeyd etmədən buradakı məqalələri kopyalamaq və istifadə etmək halal olunmur.
Hər kompüter şəbəkəsi məlumatın sistemlər arasında gəlib getməsini təmin edə biləcək bir yola ehtiyac duyur. Belə bir texnologiya olmadığı üçün fərqli şirkətlər bu məsələyə fərdi şəkildə yanaşıblar. Nəticədə məntiqi və fiziki şəbəkə dizayn topolojiləri yaradılmışdır. Aradakı bağlantı çox vaxt kabel üzərindən həyata keçirilir.
Bu bölmədə kompüter şəbəkələrinin hansı növlərinin olduğunu və şəbəkə quraşdırmağa qərar verərkən hansı sahə üçün, hansı şəbəkə formasından, dizaynından istifadə edəcəyiniz haqda geniş izah verilir.
Müxtəlif tip kompüter şəbəkə dizaynlarının kateqoriyalaşdırılması üçün bir yol var. Onları fiziki sahəsi və miqyasına görə qruplaşdırmaq. İnkişaf tarixi səbəblərindən, bütün dizayn tipləri demək olar ki, müəyyən sahəyə görə yaradılmışdırlar. Aşağıda onları görə bilərsiniz:
Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə harada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar. Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiya mübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin bütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi rahatca həyata keçirir.
Word proqramı ilə tanışlığı davam etdiririk. Bu məqalədə əməliyyat düymələrini və menyuların əmrlərini 2003 versiyasında öyrənəcəyik və 2007 versiyasında onların yerlərini dəqiqləşdirəcəyik. Bildiyimiz kimi 2003 versiyasında yuxarıda Menyu sətri, ondan aşağıda Standart və Formatlama panelləri yerləşir. Menyu sətrində olan menyularda proqrama məxsus əmrlər yerləşir. Menyulardakı çox işlənən əmrləri düymə şəklində panellərdə yeləşdirirlər. Əməliyyat düyməsini aktiv etmək üçün onun üzərində sişanın sol düyməsi bir dəfə vurulmalı və buraxılmalıdır. Standart və Formatlama panelləri zəruri əmrləri özündə saxlayır və bu iki panel həmişə göz qabağında olmalıdır.
Bir daha salam. Ümid edirəm ki, əvvəlki dərslərdən faydalanmısınız. Bu dərsimizdə Excelin maraqlı və lazımlı özəlliklərindən - damaların məntiqi əlaqəsi və verilənlərin tipləri barədə danışacağıq.
Excelin bütün damaları, vərəqləri və kitabları bir-biri ilə məntiqi bağlıdırlar. Misallarla bunu izah etməyə çalışacağam. Birinci misal, hər hansı damaya 1 daxil edin. Həmin damanı aktiv edin, aktivliyin aşağı sağ küncündə nöqtə görürsünüz, bu nöqtə məntiqi nöqtədir. Məntiqi nöqtəni sol düymə ilə tutub sürüşdürün. Nə alındı? Birlər...
Salam, xoş gördük sizləri. Əvvəlki məqalə ilə Ofis proqramlarından biri olan Excelə giriş kimi başlamışdıq, bu məqalədə hesablama əməliyyatını öyrənəcəyik və dükanımızın cədvəlini tamamlayacayıq. Əvvəlcə sadə hesablama işlərini öyrənək. Bildiyimiz kimi Excel geniş proqramdır, yəni həm hesablama, həm də digər işlər görmək olur. Kalkulyatorun işi təkcə hesablama olduğu üçün orada yazsaq 2+3 və = vursaq cavab alarıq 5. Amma Exceldə 2+3= yığsaq olduğu kimi qalar. Səbəbi ondadır ki, Excel bu ifadəni mətn kimi qəbul edir. Niyyətimizin hesablama olduğunu Excelə bildirmək üçün
Excel proqramı geniş imkanlı, böyük sahəli hesablama prosessorudur. Excelə elektron cədvəl də demək olar. Excel həm yeni başlayanların, həm peşəkarların, həm İT sahəsində çalışanların, həm qeyri sahənin adamlarının sevimli iş alətidir. Bu proqramda demək olar ki, hər iş mümkündür. İndi gəlin Excel ilə yaxından tanış olaq.
2 sentyabr 1969 il ABŞ-in hərbi sənaye qurumunun xətti ilə Ali məktəblər tərəfindən bir layihə həyata keçirildi. Məqsəd çoxlu sayda kompüterləri birləşdirən kabel vasitəsilə eyni vaxtda informasiya mübadiləsi aparmağın mümkünlüyünü təmin etməkdən ibarət idi.
İndiki informasiya əsrində skanerlərin əvəzsiz yeri var. Sənədə şəkil əlavə etmək üçün, sənəd üzərində düzəliş etmək üçün, sevimli fotonun nüsxəsini artırmaq üçün, çoxlu sayda sənədlərin və ya kitabın səhifələrini elektron formada yaddaşa vermək üçün və başqa çoxlu işlər üçün skanerlərdən istifadə olunur.
Word proqramı ilə hamı azdan-çoxdan tanışdır. Bu məqalədə və sonra sizə təqdim edəcəyim məqalələrdə çalışacağam maraqlı və lazımlı məlumatlar verim.
Word proqramı peşəkar mətn redaktorudur, yəni mətn yazmaq və mətn üzərində peşəkar işlər görmək üçün proqramdır. Standart mətn proqramı WordPad-dır, bu barədə...